Feb 21 2019 18:05
Views: 320

Bu gün Vyanada ATƏT Parlament Assambleyasının 18-ci qış sessiyası işinə başlayıb. Sessiyanın açılış mərasimində Assambleyanın prezidenti Georgi Tsereteli təşkilatın ötən il ərzində göstərdiyi fəaliyyətə dair hesabatla çıxış edib. O, ATƏT məkanındakı siyasi və hərbi böhranlar haqqında danışıb, Qaradəniz bölgəsində, o cümlədən Ukraynadakı böhrandan söz açıb. Qeyd edib ki, ATƏT məkanında həll olunmamış münaqişələrin nizamlanması üçün səyləri ikiqat artırmaq lazımdır. Tsereteli Dağlıq Qarabağ münaqişəsindən də danışıb.

“Cənubi Qafqazdakı münaqişələr hələ də həll olunmamış qalır. Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı yüksək səviyyəli danışıqların intensivləşməsi bu münaqişənin həlli ilə bağlı ümidləri təzələdiyi halda, Gürcüstandakı münaqişənin həllində heç bir irəliləyişin olmaması bizi ümidsizləndirir”.

ATƏT-in baş katibi Tomas Qreminger deyib ki, ATƏT Minsk prosesində öz öhdəliklərinə sadiqdir: “Ümid edirik ki, Dağlıq  Qarabağ münaqişəsinin sülh yolu ilə nimzalnamasında irəliləyişin olacağına ümid edirik. Biz Azərbaycan və Ermənistan hökumətinin öz əhalisini sülhə hazırlaması ilə bağlı götürdüyü öhdəlikləri çox ümidverici siqnal kimi qiymətləndiririk. Vurğulamaq istəyirəm ki, mövcud vasitəçilik formatlarının hamısında konstruktiv fəaliyyət göstərməyə çalışacağıq”. 


Create Account



Log In Your Account