Jan 11 2019 19:21
Views: 380

Slovakiyanın ATƏT-ə sədrliyi dövründə münaqişələrin həlli və qarşısının alınması əsas prioritetlərdən biri olacaq. Bunu  təşkilatın yeni sədri, Slovakiyanın xarici işlər naziri Miroslav Layçak ATƏT-in Vyanada yerləşən baş katibliyində inauqurasiya mərasimində çıxışı zamanı deyib. O, ölkəsinin sədrlik dövrü üçün hədəfləri barədə danışıb. Qeyd edib ki, təhlükəsizliyə təhdid törədən amillərin aradan qaldırılması üçün bütün imkanlar artıq mövcuddur.
“Biz münaqişələrin yerində həll edilməsi üçün çoxlu imkanlar görürük. Ukraynada atəşkəs rejiminə əməl edilməsi və Dnestryanı münaqişə ilə bağlı qeydə alınan vəziyyəti qiymətləndiririk. Bununla yanaşı, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı son dövrdə danışıqların intensivləşdirilməsi, atəşkəsin pozulması hallarının və itkilərin azalması kimi kimi hallar, həmçinin Ergnetidə Hadisələrin Qarşısının Alınması və Reaksiya mexanizmi üzrə görüşlərin bərpa edilməsi kimi müsbət dinamikanı yüksək qiymətləndiririk”. 
Miroslav Layçakın çıxışını CBC-yə şərh edən “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlunun sözlərinə görə, bundan əvvəl də ATƏT-ə sədrlik edən dövlətlər oxşar bəyanatlar veriblər. Lakin Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində hələ ki, müsbət nəticə əldə olunmayıb. Əsas məsələ açıqlama deyil, əməli addımlar olmalıdır.
Siyasi şərhçinin fikrincə, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları və prinsipləri əsasında həlli üçün ATƏT daha çox səy göstərməlidir. Bunu sözlə yox, konkret addımlarla sübut etməlidir.


Create Account



Log In Your Account