Mar 23 2020 18:31
Views: 247

Münaqişənin güc tətbiq etmədən nizamlanması! 25 ildir Rusiya, Fransa və ABŞ-dan olan həmsədrlərin qarşısında bu məqsəd dayanır. Onlar mütəmadi regiona səfər edir, sülh danışıqlarında vasitəçilik edirlər. Təəssüf ki, hələlik onlar məsələnin həllinə əhəmiyyətli töhfə verə bilməyib.  ABŞ-dan olan keçmiş həmsədr Metyu Brayza hesab edir ki, bunun səbəbləri var.

Deputat Rasim Musabəyov hesab edir ki, həmsədrlərin fəaliyyəti reallıqda məhduddur. Onun sözlərinə görə, onların nailiyyəti sadəcə danışıqların davam etməsidir.

Suriyalı politoloq Sergey Markovun fikrincə, Ermənistanda münaqişənin dondurulmasını istəyirlər. Bu məqsədə nail olmaq üçün orada bütün mümkün vasitələrdən, həmçinin erməni diasporundan  istifadə olunur.

Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətidə danışıqlar davam edir. Yanvarda Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin danışıqları baş tutub, Münhen təhlükəsizlik konfransında isə İlham  Əliyev və Nikol Paşinyanın görüşü, eləcə də açıq debatı keçirilib. Rəsmi Yerevanın regionda sülhə sadiqlik haqqında rəsmi açıqlamasına baxmayaraq cəbhədə və həmçinin iki ölkə sərhəddində erməni tərəfinin təxribatı nəticəsində azərbaycanın hərbiçiləri və sərhədçiləri öldürülüb. Münaqişə zonasında monitorinqlərə gəldikdə onlar müvəqqəti dayandırılıb. Səbəb isə COVİD-19, yeni koronovirusun yayılması nəticəsində yaranan vəziyyətdir.

 


Create Account



Log In Your Account