Jul 06 2019 18:47
Views: 235

Bu gün Lüksemburqda ATƏT PA-nın Siyasi Məsələlər və Təhlükəsizlik üzrə Ümumi Komitəsinin iclası davam edir. Təklif olunmuş yekun qətnaməyə düzəlişlər Ermənistan və Azərbaycan nümayəndələri arasında kəskin debatlara səbəb olub. Ermənistan nümayəndə heyəti qətnamə layihəsində Gürcüstan, Azərbaycan, Ukrayna və Moldovanın ərazi bütövlüyünün dəstəklənməsindən bəhs edilən 19-cu paraqrafından “Azərbaycan“ sözünün çıxarılmasına cəhd göstərib, lakin bu cəhd baş tutmayıb. ATƏT parlament Assambleyasınını vitse-preidenti, Azərbaycan nümayəndə heytinin üzvü təklifə kəskin etirazını bildirb.
Ermənistan nümayəndə heyəti dövlətlərin hər birinin adbaad xatırladılmadığı, yalnız Helsinki Yekun Aktının prinsiplərinə istinad olunduğu düzəliş edilməsi yolu ilə “hesabı bərabərləşdirməyə” çalışıb, lakin bu cəhd də uğursuz olub. Deputatlar Ermənistan nümayəndəsi Hayk Koncoryanın təklif etdiyi düzəlişi, habelə təşəbbüskarlarından biri deputat Tiqran Urixanyan olan növbəti düzəlişi də rədd ediB və 19-cu paraqraf əvvəlki redaksiyada saxlanılıb.
Daha əvvəl irlandiyalı deputat Alan Farrellin “Təhlükəsizliyin möhkəmləndirilməsi naminə davamlı inkişafa kömək: parlamentarilərin rolu” mövzusunda məruzəsində dondurulmuş münaqişələr məsələsinə toxunulmuşdu. Müzakirələrdə Qətnamənin müəllifi Alan Farrell özü də ermənilərin təklif etdiyi düzəlişlərin əleyhinə səs verib. Beləliklə, Ermənistan nümayəndə heyətinin səylərinə baxmayaraq, Komitə iclasında Gürcüstan, Azərbaycan, Ukrayna və Moldovanın ərazi bütövlüyü və bu dövlətlərin sərhədlərinin toxunulmazlığı növbəti dəfə dəstəklənib.


Create Account



Log In Your Account