Oct 03 2018 14:10
Views: 475

Bu gündən ATƏT Parlament Assambleyasının payız sessiyası öz işinə başlayır. Bişkekdə keçirilən toplantıda Milli Məclisin deputatı, ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev və millət vəkili Tahir Mirkişili iştirak edirlər. Bişkekdə keçiriləcək 3 sessiya çərçivəsində etimad və regional əməkdaşlıq vasitəsi ilə sərhəd bölgələrində yeni çağırış və təhdidlərə qarşı mübarizə, Aralıq Dənizi Forumu və vətəndaşların təhlükəsiz cəmiyyətlərin qurulmasında iştirakının gücləndirilməsi barədə məsələlər müzakirə ediləcək.Sessiya çərçivəsində Azay Quliyevin sədri olduğu İpək Yolu Dəstək Qrupunun iclası da keçiriləcək.Millət vəkili Tahir Mirkişili CBC-yə açıqlamasında bildirib ki, müzakirələrdə Azərbaycanı narahat edən məsələlər qaldırılacaq.


Create Account



Log In Your Account