Feb 25 2019 18:41
Views: 387

ATƏT Parlament Assambleyası çərçivəsində Azərbaycanın təşəbbüsü ilə yaradılan və artıq 24 ölkənin üzv olduğu İpək Yoluna Dəstək Qrupuna böyük maraq və dəstək var.  Bunu ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev CBC-yə müsahibəsində bildirib. Ötən həftə Vyanada Avstriyanın Kommunikasıya, Nəqliyyat və  İnnovasiya Nazirliyinin, həmçinin federal dəmir yolları təşkilatının ev sahibliyi ilə qrupun toplantısı baş tutub. Toplantıda Avstriya hökumətinin nəqliyyat, yük daşımaları ilə bağlı ayrıca təqdimatı keçirilib. Avstriya İpək Yolunun Şimal marşrutu – Çin, Qazaxıstan, Rusiya və Avropadan keçən marşrutu ilə maraqlanır.

İpək Yolu Dəstək qrupunun iclasında İtaliya qrupa yeni üzv kimi qəbul olunub. Bundan əlavə, bir sıra mühüm qərarlar da qəbul olunub. Bunlardan da biri bu il aprelin 28-30-da Minskdə beynəlxalq konfrans keçirilməsi ilə bağlıdır.

İpək Yoluna Dəstək Qrupunun iclasından sonra Azərbaycanlı deputatlar  ATƏT Parlament Assambleyasının qış sessiyasında iştirak ediblər. Toplantının daimim komitəsinin ixlasında ATƏT PA-nın planları müzakirə olunub. Seçki müşahidə missiyasının üzvlərinin etik davranış kodeski müəyyənləşdirilib.

Vitse-prezident çıxışında qeyd edib ki, azərbaycanlı və erməni icma nümayəndələri arasında dialoq yaradılmalıdır. Çünki bölgənin statusunu birtərəfli qaydada müəyyənləşdirmək mümkün deyil. Bundan əlavə,  Ermənistan ilk addımı ataraq  işğal olunmuş ərazilərdə qanunsuz iqtisadi fəaliyyətə, bu ərazilərin qanunsuz məskunlaşdırılmasına son qoymalıdır. İşğal olunmuş ərazilərdə Azərbaycanın maddi-mədəni irsinin dağıdılmasına son qoyulmalıdır. Əgər işğalçı dövlət kimi Ermənistan bu cür ilk addımları atsa, yalnız bundan sonra əhalinin sülhə hazırlanması prosesində müəyyən irəliləyiş gözləmək olar.  


Create Account



Log In Your Account