Jun 06 2019 13:56
Views: 419

Gürcüstanın paytaxtı Tbilisi şəhərində ATƏT-in Parlament Assambleyasının  “Parlament nəzarəti: Məsuliyyətə cəlbetmə qüvvəsi” adlı konfransı keçirilir. İki gün davam edəcək regional toplantıda Gürcüstanla yanaşı, Azərbaycan, Ermənistan, Belarus, Moldova, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Tacikistan və Özbəkistandan olan parlamentarilər iştirak edirlər.

Azərbaycanı beynəlxalq tədbirdə ATƏT PA-nın vitse-prezidenti və Büro üzvü Azay Quliyev, deputatlar - Asim Mollazadə və Sevinc Fətəliyeva təmsil edirlər. Konfransda qanunverici orqanın nəzarət funksiyasının gücləndirilməsi sahəsindəki qabaqcıl təcrübələr bölüşüləcək, effektiv nəzarətin əhəmiyyəti barədə müzakirələr aparılır. Konfransda əsas müzakirə mövzusu parlament nəzarətinin təşkili bu istiqamətdə əldə edilmiş təcrübə  olub.


Create Account



Log In Your Account