Jan 16 2019 13:40
Views: 531

Bu gün Parisdə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistanın xarici işlər naziri vəzifəsini icra edən Zöhrab Mnatsakanyan arasında növbəti görüş keçiriləcək. Görüş zamanı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələlər müzakirə olunacaq. Danışıqlar ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə baş tutacaq. Görüşdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Andjey Kasprşik də iştirak edəcək. Ekspertlər hesab edir ki, Ermənistan konstruktiv mövqe nümayiş etdirməsə danışıqlarda real nəticə əldə etmək mümkün deyil.

Bu ililn əvvəlindəndə ATƏT-ə Slovakika sədrlik edir. ATƏT-in fəaliyyətdə olan sədri, Slovakiyanın xarici işlər naziri Miroslav Layçak bildirmişdi ki, ATƏT Dağlıq Qarabağ münaqişəsinin həlli əsnasında yaranan müsbət məqamların yaratdığı imkanlardan yararlanacaq.  ATƏT-dən CBC telekanalına verilən məlumata görə, yaxın vaxtlarda ATƏT-in yeni sədri Azərbyacan da daxil olmaqla regiona səfər edəcək.

ATƏT-in Minsk Qrupunun keçmiş amerikalı həmsədri Metyu Brayzanın fikrincə, təşkilatın yeni sədri Miroslav Layçak, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində maraqlıdır.

Ekspertlər hesab edir ki, ATƏT Dağlıq Qarabağ münaqişənin həlli istiqamətində daha çox səy göstərməlidir və konkret addımlar atmalıdır. Azərbacan üçün münaqişənin həlli istiqamətində bir yol var. Azərbayacın əzəli torpaqları işğaldan azad edilməlidir.


Create Account



Log In Your Account