Jul 05 2019 17:24
Views: 303

Lüksemburqda ATƏT Parlament Assambleyasının Siyasi Məsələlər və Təhlükəsizlik üzrə Ümumi Komitəsinin iclası keçirilir. Budəfəki illik sessiya “Təhlükəsizliyin möhkəmləndirilməsi naminə davamlı inkişafa kömək: parlamentarilərin rolu” mövzusuna həsr edilib. İclasda irlandiyalı deputat Alan Farrelin məruzəsində dondurulmuş münaqişələrdən söz açılıb. Məruzədən sonra təklif olunmuş yekun qətnaməyə düzəlişlər barəsində kəskin debatlar başlanıb.

ATƏT PA-nın vitse-prezidenti, Azərbaycan Milli Məclisinin deputatı Azay Quliyev isə Ermənistan nümayəndə heyətinin təklif etdiyi düzəlişi rədd etməyə çağırıb. Deputat xatırladıb ki, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi və ATƏT PA-nın bəyannamələri Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün hüquqi baza yaradır.

ATƏT PA-nın Demokratiya, İnsan Hüquqları və Humanitar Məsələlər üzrə Komitəsinin iclasında çıxış edən Azərbyan nümayəndə heyətinin rəhbəri, Milli Məclis sədrinin müavini Bahar Muradova hazırlanan sənədə görə məruzəçiyə təşəkkürünü bildirib.

Milli Məclisin vitse-spikeri Ermənistan nümayəndələrinin müxtəlif beynəlxalq tədbirlərdə təcavüz faktını, onların ölkəsi tərəfindən Azərbaycan ərazilərinin beşdəbir hissəsinin işğal olunmasını və erməni tərəfinin törətdiyi hərbi cinayətləri dəfələrlə ört-basdır etməyə cəhd göstərdiklərini həmkarlarının diqqətinə çatdırıb.Komitənin iclası sabah öz işini davam etdirəcək və debatlar da davam edəcək. Qətnamə ATƏT PA sessiyasının işinin sonunda, plenar iclasda qəbul ediləcək.


Create Account



Log In Your Account