Sep 10 2019 20:06
Views: 390

"Aşura günü zəncirvurma, başyarma və qançıxarma halları bəyənilmir" . Aşura münasibətilə Təzə Pir məscidində keçirilən qanvermə aksiyasında iştirak edən Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazadə belə deyib. Bildirib ki, Azərbaycanda Aşura günü xeyirxahlıq etmək, ehtiyacı olan xəstə insanlara qan vermək ənənəsi yaşadılır. Azərbaycandan sonra qonşu İran və Türkiyədə də bu ənənə vüsət alıb. Aksiyada Azərbaycanda fəaliyyət göstərən dini konfessiyaların nümayəndələri və millət vəkilləri də iştirak edib.
Bu il qanvermə aksiyasının keçirildiyi məntəqələrin sayı da artırlıb. Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə  respublika üzrə 33 məntəqədə qan verilib. Bu məntəqələrdən 25-i məscidlərdə, 8-i isə tibb müəssisələrində təşkil olunub. 5 min 401 nəfər könüllü olaraq qan verib. Bu şəxslərdən 2430 litrdən artıq qan tədarük olunub.
Qanvermə aksiyasında iştirak edənlər Aşura günündə bu cür tədbirin təşkilini alqışlayıb.
Tədarük olunan qan və qandan hazırlanan preparatlardan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan bütün xəstələrin müalicəsində istifadə olunacaq.


Create Account



Log In Your Account