Aug 07 2019 18:52
Views: 273

İlk Xəzər İqtisadi Forumunun keçirilməsi tarixi byenəlxalq Xəzər günü ilə üst-üstə düşür. Forum avqustun 11-12-də Türkmənistanda təşkil olunacaq. Tədbirin gündəliyinə kifayət qədər geniş mövzular daxildir. Müzakirələr Xəzəryanı dövlətlərin gələcək qarşılıqlı əməkdaşlığının əsas istiqamətlərini müəyyən etməlidir.

Bundan əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov rəsmi Moskvanın Xəzər İqtisadi Forumuna böyük önəm verdiyini açıqlayıb. bildirib ki, bu tədbir bir çox sahədə əməkdaşlığa yeni təkan verəcək.  lavrov bu sahələrə ilk növbədə ticarət, sərmayə qoyuluşu və turizmin aid olduğunu qeyd edib. onun sözlərinə görə, bütün bunlar Xəzərin dünuanın ən böyük nəqliyyat-tranzit qovşaqlarından birinə çevrilməsinə təsir edə bilər.

Xatırladaq ki, 2018-ci il avqustun 12-də Qazaxıstanda keçirilən sammitdə 5 Xəzəryanı ölkə dənizin statusu ilə bağlı konvensiyanı imzalayıb. Bu istiqamətdə uzun illər aparılan iş və müzakirələr öz nəticəsini verdi. Bu tarixi hadisə qarşılıqlı əməkdaşlıq üçün yeni imkanlar açıb. İlk Xəzər İqtisadi Forumunun keçirilməsi təşəbbüsündə əsas məqsəd də beynəlxalq işgüzar tərəfdaşlığa yeni təkan verməkdir.


Create Account



Log In Your Account