Aug 02 2019 16:14
Views: 184

Avqustun 5-dən peşə təhsili müəssisələrinə sənəd qəbulu başlayır. Sənəd qəbulu prosesinə qoşulmaq üçün vətəndaşların şəxsiyyət vəsiqəsi və təhsil haqda sənədi ilə "ASAN Xidmət" mərkəzlərinə yaxınlaşması kifayətdir. Xidmət mərkəzlərinin olmadığı şəhər və rayonlar üzrə isə sənəd qəbulu müvafiq peşə təhsili müəssisələrində ödənişsiz formada və elektron qaydada həyata keçiriləcək.

Bu il əsasən sənaye və innovasiyalar sahələri üzrə kadr hazırlığı nəzərdə tutulur. Həmin sahə üzrə kadrlar Koreya standartları əsasında yeni yaradılan Peşə Təhsili Mərkəzində hazırlanacaq. Eyni zamanda informasiya texnologiyaları, turizm, aqrar sahə üzrə də kadr hazırlığı həyata keçiləcək. Peşə təhsili müəssisələrinə qəbul prosesində vətəndaş məmnunluğunu təmin etmək məqsədilə 4 ildir sənəd qəbulu ASAN Xidmət mərkəzlərində aparılır. Bu il prosesə 120 ASAN Xidmət könüllüsü cəlb olunacaq.

Qeyd olundu ki, Azərbaycanda peşə təhsili təsnifatının yenilənməsinə ehtiyac var və artıq bu istiqamətdə işlər aparılır. Dövlət peşə təhsil müəssisələrinin plan yerləri barədə məlumat sənəd qəbulu başa çatdıqdan sonra açıqlanacaq. Sənəd qəbulu prosesi avqustun 20-də yekunlaşacaq.


Create Account



Log In Your Account