Sep 11 2019 20:11
Views: 237

Qastroenterologiya sahəsində əldə edilən son nailiyyətləri bölüşmək, təcrübə mübadiləsi aparmaq və Azərbaycan həkimlərinin işini dünyaya nümayiş etdirmək. Azərbaycan Tibb Universitetində keçirilən XVIII Beynəlxalq Avrasiya Cərrahlar və Qastroenteroloqlar konqresinin əsas məqsədi budur. 160-dan çox nümayəndənin qatıldığı konqresin açılışında qeyd edilib ki, Azərbaycan 1996-cı ildən Cərrah və Qastroenteroloqların Beynəlxalq Avrasiya Elmi Cəmiyyətinin üzvüdür.  Bu, Bakıda keçirilən 8-ci konqresdir və bu dəfəki toplantı Azərbaycanda cəmiyyətin qurulmasında əməyi olan alim Böyükkişi Ağayevə həsr edilib.
Baş qərargahı Ankarada yerləşən Cərrah və Qastroenteroloqların Beynəlxalq Avrasiya Elmi Cəmiyyəti hər konqresdən sonra Amerikan indeksli jurnal nəşr edir. Bu il nəşr üçün 36 ölkədən 600-ə yaxın elmi məqalə göndərilib. Cəmiyyətin rəhbəri, Ankara Universitetinin Hepatologiya İnstitutunun direktoru, professor Hasan Özkan növbəti toplantının İtaliyada keçiriləcəyinin böyük əhəmiyyət daşıdığını deyir.
Bakıda keçirilən 18-ci konqresdə qastroenterologiya sahəsinin ən aktual problemləri - viruslu hepatit, qaraciyər transplantasiyası, qaraciyər cərrahiyyəsi, mədəaltı cərrahiyyəsi və digər mövzular müzakirə ediləcək. Toplantının bir günü isə bütün dünya həkimlərini narahat edən əsas məsələ ürək-damar cərrahiyyəsinə həsr olunub. 
Qeyd edək ki, Cərrah və Qastroenteroloqların Beynəlxalq Avrasiya Elmi Cəmiyyətinin birinci konqresi 1997-ci ildə Bakıda keçirilib.


Create Account



Log In Your Account