Sep 30 2019 19:52
Views: 224

Azərbaycanda keçiriləcək Avrasiya Xalqları Assambleyası günləri Avrasiyanın müxtəlif ölkələrindən olan tərəfdaşlarla əməkdaşlığın genişləndirilməsi, inteqrasiya proseslərinin gücləndirilməsinə xidmət edir. Bunu Avrasiya Xalqları Assambleyası Baş katibliyinin rəhbəri, Rusiya Xalqları Assambleyası Şurasının sədri Svetlana Smirnova tədbirlə əlaqədar keçirilən mətbuat konfransında bildirib. Bu gün start götürən və oktyabrın 5-dək davam edəcək tədbirdə  bir sıra maraqlı təqdimatlar da olacaq. Proqramda “İkinci Dünya Müharibəsi və Böyük Vətən Müharibəsinin tarixi yaddaşını qorumaq", Beynəlxalq İctimai Forumu, IV Avrasiya ədəbi festivalı, Avrasiya təhsil forumu və digər maraqlı layihələr var.


Create Account



Log In Your Account