Oct 08 2019 19:44
Views: 218

“Azərbaycanda kölgə iqtisadiyyatının azaldılması və vergi mühitinin yaxşılaşdırılması istiqamətində mühüm işlər görülüb”. Bunu vergilər nazirinin müavini İlkin Vəliyev “Avrasiya ölkələri üçün Vergitutma bazasının aşınması və mənfəətin köçürülməsi” layihəsinə həsr olunan 5-ci regional iclasda bildirib. Qeyd edib ki, Azərbaycanın vergi sistemini qabaqcıl təcrübələrə və beynəlxalq standartlara uyğun inkişaf etdirmək baxımından, iclasa dəstək verən İqtisadi Əməkdaşlıq və İnkişaf, eləcə də Avropadaxili Vergi Administrasiyaları təşkilatları əhəmiyyətli bir platformadır. Azərbaycan hələ Avrasiya ölkələri üçün Vergitutma bazasının aşınması və mənfəətin köçürülməsi”  İnklüziv Çərçivəsinə qoşulmasa da, məlumat mübadiləsində beynəlxalq standartların tətbiqi üçün əhəmiyyətli işlər görür. Nazir müavini Vergilər Nazirliyinin layihədə üzvlük statusunun alınması ilə bağlı araşdırmalar apardığı da deyib.
Konfransda layihənin Avrasiya ölkələrində tətbiqi müzakirə edildi. Məlumat verildi ki, ölkələrin gəlir mənbələrini qorumaq üçün beynəlxalq müstəvidə yeni standartlar hazırlanıb. Layihə qlobal miqyasda getdikcə artan vergi problemlərinə çox spesifik və vahid yanaşmanı təmsil edir. Vergi administrasiyalarına bu problemlərin həlli üçün əlverişli vasitələr təqdim edilir.
80-ə yaxın yerli və xarici nümayəndənin iştirak etdiyi regional iclas oktyabrın 10-dək davam edəcək.


Create Account



Log In Your Account