Oct 03 2019 19:04
Views: 271

Müxtəlif janrlar, yeni yanaşmalar, yeni adlar və bir-birinə bənzəməyən 15 kino sənayesi… Bakıda Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin təşkilatçılığı ilə 10-cu Avropa Fillm Festivalı işə başlayıb. Əsas məqsəd iştirakçı ölkələr arasında mədəni körpülərin qurulmasıdır.
Festivalda 14 Avropa ölkəsi və Azərbaycandan bir müəllifin filmi təqdim olunaacaq. İlk olaraq Macarıstanın “Səulun oğlu” filmi nümayiş olunub. Rejissor Lazlo Nemesin ilk tammetrajlı filmi olan “Səulun oğlu”nda hadisələr 1944-cü ildə nasistlərin Auşvitz düşərgəsində baş verir. Premyerası 2015-ci ilin Kann Beynəlxalq Film Festivalında keçirilmiş film Qran-Pri mükafatına, 2016-cı ilin fevral ayında isə “Əcnəbi dildə ən yaxşı film” nominasiyasında “Oskar”a layiq görülüb.
Oktyabrın 16-na qədər davam edəcək festival çərçivəsində bütün filmlərə giriş sərbəstdir.Xatırladaq ki, Azərbaycanda illik ənənəyə çevrilmiş Avropa Film Festivalı Avropa İttifaqı dövlətləri ilə ölkəmiz arasında mədəni əlaqələrin qurulmasına və inkişafına, Avropa dəyərlərinin daha yaxşı anlaşılmasına xidmət edir. 2010-cu ildən başlayaraq Avropa Film festivalları çərçivəsində 133 ekran əsəri nümayiş etdirilib, Avropanın 23 film rejissoru və aktyoru Azərbaycana səfər edib.


Create Account



Log In Your Account