Apr 13 2019 16:55
Views: 221

Bakıda keçiriləcək Avropa Gənclər Olimpiya Festivalınının məşəlinin yandırılma və Azərbaycana ötürülmə, eyni zamanda, oyunların simvolu olan Zeytun ağacının Azərbaycana təqdim edilmə mərasimləri təşkil olunub. Tədbir İtaliyanın paytaxtı Romada bizim eranın IX əsrində Dostluq və Qardaşlıq simvolu olaraq İmperator Avqustonun göstərişi ilə tikilən Ara Pasis muzeyində baş tutub. Mərasimdə Azərbaycanı Milli Olimpiya Komitəsinin vitse prezidenti Çingiz Hüseynzadə, gənclər və idman naziri Azad Rəhimov, Milli Olimpiya Komitəsi baş katibinin müavini Azər Əliyev və digər rəsmilər təmsil edib. İlk olaraq media nümayəndələrinin sualları cavablandırılıb. Bildirilib ki,  2019-cu il 20-28 iyul tarixlərində Bakıda keçiriləcək oyunlar üçün yeni idman arenaları tikilməyəcək. İdmançılar 12 idman qurğusunda 10 idman növündə mübarizə aparacaqlar. Bundan öncə bir sıra mötəbər tədbirlərə ev sahibliyi etmiş Crystal Hall bu il açılış mərasinin keçiriləcəyi məkan olacaq. Eyni zamanda, media nümayəndələrinə festivalın loqosu, maskotları, oyuna hazırlıqlar haqda da məlumat verilib.  Avropa Ompiya Komitələrinin prezidenti Yanes Kotsiyançiç bildirib ki, beynəlxalq idman ictimiayyəti Azərbaycanın təşkilatçılıq qabiliyyətinə güvənir.

Gənclər və idman naziri Azad Rəhimov yarışlara 100 gün qaldığı müddətdə tədbirin qədim Romanın dostluq və sülh rəmzlərini özündə daşıyan tarixi Ara Pasis muzeyində gerçəkləşməsinin xüsusi məna daşıdığını diqqətə çatdırıb. Nazir 2018-ci ilin mayında Prezident İlham Əliyevin imzaladığı Sərəncam əsasında “Bakı 2019” Təşkilat Komitəsinin yaradıldığını bildirib.

Avropa Omipiya Komitələrinin rəsmiləri sülh rəmzi olan Zeytun ağacını Azərbaycan nümayəndə heyətinə təqdim ediblər. Təqdimat mərasimində olimpiya çempionu Fərid Mansurov, gənc çüdoçu Kəramət Hüseynov və voleybolçu Raziyə Əliyeva iştirak ediblər.

Nəsillərin məşəli bir-birinə ötürməsi kimi xarakterizə olunan mərasimdə Fərid Mansurov məşəli Avropa Olimpiya Komitələrinin prezidenti Yanes Kotsiyançiçə, o isə gənc voleybolçu Raziyə Əliyevaya təqdim edib.


Create Account



Log In Your Account