Feb 21 2019 18:48
Views: 415

Bakıda keçiriləcək XV Yay Avropa Gənclər Olimpiya Festivalının rəsmi talismanları təqdim olunub. Bunlar Cırtdan və Bəbirdir. Təşkilat komitəsi seçimin səbəblərini açıqlayıb. Belə ki, Cırtdan, Azərbaycanda uşaqların ən populyar nağıl personajıdır. Yaşıdlarından  balaca olmağına baxmayaraq, Cırtdan öz cəsarətindən və zəkasından ilhamlanır. Qafqaz bəbiri isə Azərbaycanın füsunkar təbiətinin zənginliyini təşviq edəcək. Qafqaz bəbiri Azərbaycan faunasında ən yaxşı tanınan və haqqında geniş məlumat olan heyvan növlərindən biridir. Azərbaycan mifologiyasında bəbirin şəklinə tez-tez rast gəlmək olar. Bu heyvan təbii gözəllik, güc, qorxmazlıq və sürət rəmzidir. Yarışın rəsmi devizi isə “Zirvələrə Hazırıq” sözləridir. XV Yay Avropa Gənclər Olimpiya Festivalı 21 – 27 iyul tarixlərində keçiriləcək.


Create Account



Log In Your Account