Jul 29 2019 18:37
Views: 261

“Azərbaycan Avropa Gənclər Yay Olimpiya Festivalını yüksək səviyyədə təşkil etdi” Bunu Milli Olimpiya Komitəsində təşkil olunan “Zəfər günləri” layihəsi çərçivəsində Festivalda medal qazanan idmançılar və onların ailə üzvləri ilə keçirilən görüşdə Gənclər və idman naziri Azad Rəhimov deyib. Bildirb ki, Mükafatçılar Azərbaycanın  idman ölkəsi olduğunu bir daha sübut etdilər. Onun sözlərinə görə, gənc idmançılar arasında gələcəyin ulduzları var. 

Təhsil naziri ceyhun Bayramov tədbirin Azərbaycan üçün mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb. O festivalın təşkilinə cəlb olunan könüllülərin fəaliyyətinin təqdirəlayiq olduğunu bildirib. Atletlər Kəndində təşkil olunan Atletlər Olimpiya Mədəniyyəti və Təhsil proqramı çərçivəsində “Olimpiya Mədəniyyəti və İdman’’ güşəsinin  Azərbaycanın tanıdılması baxımından xüsusi əhəmiyyətə malik olduğunu diqqətə çatdırıb.

Festivalda Azərbaycanın növbəti dəfə yüksək qonaqpərvərliyi və təşkilatçılıq bacarığı ilə vurğulanıb. Qeyd olunub ki, idman yarışı çərçivəsində üç proqramın həyata keçirilib və onların hamısı uğurla reallaşıb.

Tədbirin sonunda Avropa Gənclər Olimpiya Festivalının medalçılarına mükafatlar təqdim edilib.Festivalda Azərbaycan komandası 23 medal – 10 qızıl, 7 gümüş və 6 bürünc qazanaraq komanda hesabında dördüncü pillədə qərarlaşıb. Medallardan 16-sını güləşçilərimiz qazanıblar. Pəhləvanlarımız 8 qızıl, 5 gümüş və 3 bürünc medala sahib olublar. Medalların sayına görə komandamızda ikinci yerdə cüdoçular qərarlaşıblar. Cüdoçular ölkəmizin aktivinə 2 qızıl, 1 gümüş və 3 bürünc medal yazdırıblar. Komandamız idman gimnastikası yarışında isə 1 gümüş medala sahib olub.


Create Account



Log In Your Account