Jun 27 2019 19:52
Views: 221

Şamaxı – Azərbaycanın ən qədim şəhərlərindən biri, bir zamanlar Şirvanşahlar dövlətinin paytaxtı və Qədim İpək yolu üzərində ən vacib yaşayış məntəqəsi olub. Avropa Komissiyasının nümayəndələrinin Azərbaycana səfərinə məhz bu şəhərdən başlaması təsadüfi deyil. Şamaxı Azərbaycanda həm də əsas üzümçülük və şərabçılıq rayonu sayılır. Bu gün bu sahə Avropa İttifaqının dəstəyi ilə həyata keçirilən layihə çərçivəsində yenidən dirçəldilir. Sözügedən layihə 2017-ci ildən icra olunur. Bu müddətdə fermerlər üçün təlimlər keçirilib, kooperativlərin yaradılması, istehsalın genişlənməsi, yeni bazarlara, o cümlədən Avropaya çıxışla bağlı onlara məlumatlar verilib.
Avropa Komissiyasının nümayəndələrinin səfəri İsmayıllı rayonunda davam edib. Onlar İvanovka kəndində yerli sakinlərlə görüşüb. Kənddə yetişdirilən ekoloji təmiz məhsullarla tanış olublar. İvanovka kəndində Avropa Komissiyasının nümayəndələri kiçik fermer təsərrüfatlarının inkişafını nəzərdə tutan daha bir layihənin gedişi ilə tanış olublar.
Avropa İttifaqının “Nuhun gəmisi” layihəsi ötən ilin payızında start götürüb. 3 il ərzində mütəxəssislər yerli fermerlərlə birgə biomüxtəlifliyin və qida mədəniyyəti irsinin qorunması üçün tədbirləri nəzərdə tutur.  Layihə ölkənin şimal-qərbində 5 pilot rayonda həyata keçirilir.


Create Account



Log In Your Account