Jan 08 2019 18:02
Views: 425

Bakı Olimpiya Stadionunda keçiriləcək Avropa Liqasının final oyununa hazırlıq kampaniyası çərçivəsində futbolsevərlər üçün Bakıda ilk dəfə   təşkil edilən Avropa Liqası Muzeyi fəaliyyətini başa çatdırıb. 17 gün   davam edən sərgidə şəhər sakinlərinə və turistlərə Avropa Liqasının tarixini özündə əks etdirən eksponatlar  nümayiş etdirilib. Sərgiyə gələnlər 2008-2018-ci illərdə Avropa Liqasında iştirak etmiş futbolçuların imzalı formalarını, eyni zamanda  turnirin final oyunlarında istifadə edilən imzalı oyun toplarını görə bilib. Bununla yanaşı  futbolseverlər  Azərbaycanın tanınmış futbulçuları ilə eyni zamanda tanınmış futbol ulduzu, Argentina milli komandasının oyunçusu Ernand Krespo ilə  görüşə bilib.  Azarkeşlər bura sevdikləri klublara görə üz tutduqlarını və sərginin onlarda xoş təəssürat  yaratdığını deyiblər.

Avropa Liqası Muzeyində futbolseverlər üçün daha bir maraqlı məqam  1966-cı ildə İngiltərədə keçirilən  FİFA Dünya Kubokunun finalında Almaniya ilə İngiltərə arasında keçirilən yarışda yan hakim olan Tofiq Bəhramovun  da forması yer alıb. Həmin oyunda Tofiq Bəhramovun  İngiltərə milli futbol komandasının lehinə verdiyi obyektiv qərar Uembli stadionuna toplaşmış 98000 tamaşaçının yaddaşına həkk olub.

Muzeydə Türkiyənin, həmçinin Avropanın bir neçə aparıcı klublarının bayraqları  da asılıb. Ümumilkdə sərgidə  37 eksponat  nümayiş oluub. Sərgini ziyarət edənlər azarkeşi olduqları klubların  imzalı formaları ilə şəkil çəkdirməklə yanaşı  təşkilatçılara öz istək və arzularını da bildirib.

Muzeydə ölkə futbolunun təbliğinə xidmət edən əyani vəsaitlər sərgilənib. Azərbaycanın UEFA Kubokunda ilk mərhələ keçən komandası "Karvan"ın da imzalı forması burada yerləşdirilib. Bununla yanaşı Avroliqanın qrup mərhələsində iştirak etmiş Azərbaycan təmsilçiləri - "Neftçi", "Qarabağ" və "Qəbələ"nin də oyun formaları nümayiş olunub.


Create Account



Log In Your Account