May 13 2019 19:12
Views: 176

Bakıda mayın 29-da keçiriləcək UEFA-nın Avropa Liqasının final oyunu ilə əlaqədar Heydər Əliyev adına Beynəlxalq Aeroportun bütün xidmətləri gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. Qurumun direktor müavini Kənan Hacıyev CBC-yə müsahibəsində bildirib ki, bütün reyslərin maneəsiz yerinə yetirilməsi və terminaldan sərbəst rahat keçməsi üçün bütün şərait yaradılacaq. Onun sözlərinə görə, mayın 29-30-da həyata keçiriləcək birbaşa London-Bakı–London uçuşlarından başqa, xarici azarkeşlərin oyunu izləməsi üçün çarter reyslər təşkil ediləcək. Hazırda bununla bağlı iş aparılır. Bu reyslərin daha çox İngiltərədən təşkili planlaşdırılır. Qeyd olunub ki, azarkeşlərin tələbatını nəzərə alaraq aeroport biznes aviasiya təyyarələrini qəbul etməyə hazırdır. Bildirilib ki, beynəlxalq aeroportda müntəzəm uçuş cədvəli artıq hazırdır. Eyni zamanda Azərbaycan Hava Yolları “Arsenal” klubunun aviadaşıyıcısıdır. Milli aviadaşıyıcı klubun oyunçularını Boing 787 Dreamliner ilə gətirəcək. Qiymətlərin baha olması və birbaşa reysin olmaması haqqında fikirlərdə də münasibət bildirib.


Create Account



Log In Your Account