Dec 17 2018 18:23
Views: 382

Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş Kəlbəcər rayonunda ata-analarının qəbirlərini ziyarət edərkən girov götürülmüş Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı məsələ diqqət mərkəzindədir. Bunu Azərbaycan Vəkillər Kollegiyasının sədri Anar Bağırov deyib. Onun sözlərinə görə, Azərbaycan tərəfi girovların ailə üzvləri ilə mütəmadi əlaqə saxlayır. Avropa Məhkəməsinə girovlarla bağlı müraciət olunsa da, hələlik məhkəmədə bu şəxslərin hüquqlarının müdafiəsi ilə bağlı işə baxılması gecikdirilir.

“Beynəlxalq təşkilatlar, Avropa Şurası və digər qurumlar bu məsələni diqqət mərkəzində saxlamalıdır, ikili standartlara yol verməməlidirlər. Başqa bir ölkədə belə bir haqsızlıq baş verərsə, bütün beynəlxalq təşkilatlar bunu diqqət mərkəzində saxlayarlar. Avropa Məhkəməsi bəzi işlərdə olduğu kimi, bu işə də təxirə salmadan baxmalıdır”.

Kollegiyanın sədri vurğulayıb ki, girovların dəyişdirilməsi ilə bağlı ermənilərin tutarlı cavabı yoxdur. Onların məqsədi sadəcə vaxtı  uzatmaqdır. Təəssüf ki, Azərbaycana qarşı haqsızlığa beynəlxalq qurumlar tərəfindən lazımi reaksiya verilmir. Azərbaycanın  Avropa Məhkməsininin yanında səlahiyyətli nümayəndəsi Çingiz Əsgərov deyir ki, Ermənistanın işğalçılığı sayəsində zərər çəkən insanların şikayətləri arasında yalnız birinə Avropa Məhkməsində baxılıb və müsbət qərar qəbul edilib.

Qeyd edək ki, Azərbaycan Dilqəm Əsgərov və Şahbaz Quliyevin girovluqda saxlanılması, onlara işgəncə verilməsi, bu şəxslər üzərində qanunsuz məhkəmə işini qurulması və digər qanun pozuntuları ilə bağlı Avropa Məhkəməsinə müraciət edib. Müraciətlə bağlı kommunikasiya işləri davam etdirilir.

 


Create Account



Log In Your Account