Sep 17 2019 17:23
Views: 695

Gürcüstanda fəaliyyət göstərən Şərq Tərəfdaşlığı Avropa Məktəbində yeni tədris ili başlayıb. Məktəbdə Azərbaycan, Gürcüstan, Moldova, Ukrayna və digər ölkələrdən müsabiqə əsasında seçilmiş 35 şagird Beynəlxalq Bakalavr  adlı xüsusi proqram üzrə təhsil alacaq. Şərq Tərəfdaşlığı Avropa Məktəbi tələbələrə Beynəlxalq diplom almaq imkanı yaradır. iki illik proqram Avropa İttifaqı, onun rəsmi qurumlarının fəaliyyəti, dəyərləri, beynəlxalq və daxili siyasətini aşılamağa yönəlib. Şagirdlər Avropa dilləri və ədəbiyyatı, incəsənəti və tarixindən də dərs alacaqlar. Məktəbə qəbul müsabiqə yolu ilə keçirilib. Əsas şərtlərdən biri şagrdlərin yaş həddinin 16-dan  yuxarı olması və  altı ölkədən birində orta məktəbdə yaxşı qiymətlərlə oxumasıdır. İngilis dili biliyi də yüksək səviyyədə olmalıdır. Avropa Qonşuluq Siyasəti Və Genişlənmə Danişiqlari Üzrə Komissari Yohannes Han bu il məktəbdə dərs alacaq şagirdlərlə görüşüb və onlara uğurlar arzulayıb.

Şərq Tərəfdaşlığı Avropa Məktəbi 2018-ci ilin sentyabr ayında həyata keçirilməyə başlanan pilot təqaüd proqramına əsaslanır. Artıq Avropa İttifaqı Gürcüstan hökuməti ilə birlikdə Gürcüstanda Avropa Məktəbinin tikintisinə start verib. Məktəbin rəsmi açılış mərasimində Gürcüstanın baş naziri Giorgi Qaxariya iştirak edib. Tiflisin Lisi gölünün yaxınlığında tikiləcək məktəbin qapılarını 2023-cü ildə şagirdlərin üzünə açacaq.

Gələn ilin yanvar ayında növbəti tədris ili üzrə seçim turu başlayacaq.  Şərq Tərəfdaşlığı Avropa Məktəbinin tələbəsi olmaq istəyənlər www.eapeuropeanschool.eu  internet səhifəsinə ərizə ilə müraciət etməlidirlər. Müraciət ödənişsizidr. Namizədlər Riyaziyyat və İngilis dili üzrə iki yazılı imtahan, daha sonra isə, Skype vasitəsilə müsahibədən keçməlidirlər. Müsabiqəni uğurla keçənlər Avropa İttifaqının tam təqaüdü ilə təmin olunacaq.  Bu təqaüd təhsil haqqın, yaşayış, məktəbdə qidalanma, ildə dörd dəfə tətil vaxtı Tiflisdən evə və geri bilet pulu, tədris materialları və resursları, tibbi sığortanı əhatə edir.  "Beynəlxalq bakalavr" diplomunu 75 ölkədə iki mindən artıq universitet tanıyır.


Create Account



Log In Your Account