May 09 2020 14:47
Views: 230

Nasizm üzərində qələbə üçün çox şeyi qurban verən və İkinci Dünya müharibəsinin dəhşətlərini xatırlayan bir ölkə olaraq, biz bölgəmizdə nasist hərəkatının və nasist hərəkatı ilə əməkdaşlıq edənlərin hər hansı bir formada qəhrəmanlaşdırılması hallarından ciddi narahatıq.  Bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov "Avropa torpağında İkinci dünya müharibəsinin bitməsindən 75 il sonra - gələcək qəddarlıqların qarşısının alınması üçün öyrənilmiş dərslər, Təhlükəsizlik Şurasının məsuliyyəti" mövzusunda Arria-formulu üzrə keçirilən yüksək səviyyəli iclasda çıxışı zamanı bildirib. Nazir qeyd edib ki, Azərbaycan BMT Baş Assambleyasının “Nasizmin qəhrəmanlaşdırılmasına, neonasizmə və irqçilik, irqi ayrı-seçkilik, ksenofobiya və onlarla əlaqəli dözümsüzlüyün müasir formalarının yayılmasına təkan verən digər hallara qarşı mübarizə” qətnaməsini daim dəstəkləyir. 
Elmar Məmmədyarov bidlirib ki, Təhlükəsizlik Şurasının qətnamələrinə laqeyd yanaşma Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin açıq şəkildə pozulmasıdır və bu, Təhlükəsizlik Şurasının beynəlxalq sülhün və təhlükəsizliyin qorunması üçün əsas vəzifəsinin yerinə yetirməsində qəbul edilmiş bir təcrübə ola bilməz. 
Estoniyanın sədrliyi ilə keçirilən iclasda 50 dövlətin xarici işlər naziri qatılıb. Avropa ittifaqının yüksək çinli nümayəndələri, BMT baş katibinin siyasi məsələlər üzrə müavini Rozmari DiKarlo, Yell universitetinin proessoru Timoti Snayder əsas mərzuəçi qismində çıxış ediblər. Tədbir Estoniyanın xarici işlər naziri Urmas Reynsalın moderatorluğu ilə keçirilib. 

 


Create Account



Log In Your Account