Nov 22 2019 18:36
Views: 77

Dezinformasiya, saxta xeberler süretle dunya informasiya mekanında ciddi probleme çevrilmekdedir. Bundan siyasi meqsedlerle istifade ise getdikce daha tehlükeli xarakter alır. Bu, EUvsDisinfo layihəsi çərçivəsində Tbiliside keçirilen konfransın esas mövzusudur. "Dezinformasiya ilə bağlı xəbərdarlıq" adlı konfransda bildirilib ki, yalan, deqiqleşdirilmeyen ve ya menbeyi olmayan xeberlerin   bilerekden, meqsedli şekilde siyasi münasibetlere tetbiq olunması ölkəlerin suverenliyini, dəyərlərini və bir-birleri ile elaqelerinin pozulmasını hədəfə alır.2 gunluk konfransda Avropa İttifaqı, Şərq Tərəfdaşlığı ölkələri, Qərbi Balkan, Orta Şərq və Şimali Afrika regionundan olan strateji əlaqələr üzrə mütəxəssislər, Avropa İttifaqı  rəsmiləri, diplomatlar, gənc mütəxəssislər, vətəndaş cəmiyyəti və media nümayəndələri öz tecrübelerine esaslanaraq dezinformasiya ve onun yaratdiği fesaslar haqda danışıblar.

Boyuk Briyaniyanın Cardiff Universitetinin Cinayet ve Tehlukesizlik meseleleri üzre araşdirma institutunun direktoru, profesor Martin İnnes dünyanin müxtelif yerlerinde dezinformasiyadan meqsedli istifade, onun ayrı-ayrı dövletlerin munasibetlerine tesiri, insan huquqlanin qorunmasina yaratdığı problemler haqda danişib. Konfransda qeyd olunub ki, dezinformasiya bir əsr bundan əvvəl de movcud idi, lakin indi xususile aktualdir. Sebeblerden biri budur ki, artiq kohne enenevi tebligat üsullari yeni platformalarla evezlenib ve sosial şebekeler burada xususi rol oynayir. Sosial shebekeler yeni dunyada unsiyyetin ve xeberleşmenin ferqli metodu kimi tezahur etdiyinden, hech bir resmi tenzimleme ve mehdudiyyetler olmadigindan onun imkanlarindan olduqca muxtelif istiqametlerde, o cumleden dezinformasiya mesajlari ötürmək məqsədilə istifadə etmək asandır.  konfrans ishtirakchilarina istenilen xeberin menbeyini yoxlamagin mühümlüyü, onun yalan olub-olmadiğini oyrenmeyin metodlari haqda bilgi verilib. Bu meselede vətəndaşların fəallığının da vacibliyi qeyd olunub. Konfransda dezinformasiya taktikaları, mesajları və ən əsası bu problemə qarşı birgə mübarizə yolları müzakirə edilib. Teklif edilib ki, dezinformasiya ile mubarize beynelxalq qanunvericilikle tenzimlenmeli, bu meqsedle muvafiq senedler qebul olunmalidir.

Avropa İttifaqının Qonşuluq regionu boyunca dezinformasiya təhlükəsini daha yaxşı anlamaq və birgə mübarizə yollarını gücləndirmək məqsədilə Gürcüstanda baş tutan strateji əlaqələr həftəsi Avropa İttifaqının Dezinformasiyaya qarşı Fəaliyyət Planına əsaslanır.


Create Account



Log In Your Account