Jan 23 2019 15:08
Views: 295

Ermənistanın Azərbaycana qarşı təcavüzü məsələsi növbəti dəfə Avropa Şurası Parlament Assambleyasının iclasında qaldırılıb. Bu dəfə Azərbaycanın Assambleyadakı  nümayəndə heyətinin üzvü Rafael Hüseynov yazılı sualla Nazirlər Komitəsinin sədrinə müraciət edib.  O, Ermənistanın tarixi saxtalaşdırma və toponimlərin kütləvi şəkildə erməniləşdirilməsi məsələsini gündəmə gətirib. Sənəddə qeyd olunur ki, rəsmi xəritələrvə arxiv sənədlərinə grə, XX əsrin əvvəllərində müasir Ermənistan Respublikasının yerləşdiyi ərazidəki 2310 toponimdən 2000-ə qədəri Azərbaycan mənşəli olub və artıq onların hamısı dəyişdirilərək erməniləşdirilib. Eyni siyasət indi Ermənistanın işğalı altında olan Azərbaycan ərazilərində də aparılır və hətta təmiz Azərbaycan sözü olan Qarabağ adının dəyişdirilməsi istiqamətində avantürist cəhdlər edilir. Ermənistan tərəfinin bu qanuna zidd və qeyri-konstruktiv hərəkətləri danışıqlar prosesinə ciddi xələl gətirir, münaqişənin dərinləşməsinə səbəb olur. Rafael Hüseynov soruşub ki, Bu qəbil kartoqrafik təcavüz siyasətindən Ermənistan tərəfini çəkindirmək üçün Nazirlər Komitəsi hansı mümkün addımları ata bilər? Nazirlər Komitəsinin yazılı suala cavabı avropalı deputatlara təqdim olunub. Cavabda bildirilir ki, Münaqişənin həllinə, danışıqlar prosesinə zərər vuran istənilən cəhd isə qəbuledilməzdir. Azərbaycanın və Ermənistanın Avropa Şurası qarşısında öhdəliyi var ki, Dağlıq Qarabağ münaqişəsini sülh yolu ilə həll etsinlər. Avropa Şurası bu məsələdə irəliləyiş əldə edilməsinə töhfələrini verməyə həmişə hazırdır.

Sessiya zamanı Avropa Şurası Nazirlər Komitəsinin sədri, Finlandiyanın xarici işlər naziri Timo Soini sədrlik çərçivəsində qarşıdakı gələn altı ay ərzində görüləcək işlərdən danışıb. Nazirlər Komitəsinin sədri çıxışından sonra avropalı deputatların suallarını cavablandırıb. Azərbaycanın AŞPA-da nümayəndə heyətimizin üzvü Qənirə Paşayeva Avropa Azad Demokratlar qrupu adından Nazirlər Komitəsinin sədrinə sualla müraciət edib:

Nazirlər Komitəsinin sədri Timo Soini bildirib ki, son illər gündəlik həyatdakı vəziyyət insanları çox narahat edir. İnsanlarda siyasətçilərə inam azalır, hətta özlərini unudulmuş hesab etdiklərini bildirib. Sədr Fransada insanların yanacağın qiymətinin artmasına etirazı xatırladıb və hər kəsə zorakılıqdan uzaq olmağı tövsiyə edib. O, xalqın fikrinə hörmət edilməsinin əhəmiyyətini diqqətə çatdırıb. Qeyd edək ki, AŞPA-nın qış sessiyası bu həftə boyunca davam edəcək.


Create Account



Log In Your Account