May 08 2019 18:29
Views: 183

Avropa Şurası Azərbaycan hökumətinin cinayət sisteminin təkmilləşdirmək cəhdlərini alqışlayır. Bunu “Azərbaycanda penitensiar islahatlara əlavə dəstək-2” adlı layihənin təqdimetmə mərasimində Avropa Şurasının Bakı ofisinin rəhbəri Zoltan Hernyeş bildirib. Avropa Şurasının penitensiar sahədə islahatlara hər zaman dəstək verdiyini vurğulayan Zoltan Hernyeş bildirib ki, bundan əvvəlki layihə milli qurumlarla birgə işlənilib hazırlanıb.  Layihənin əsas məqsəd  Azərbaycanda məhkum olunmuş şəxslərin insan hüquqlarının müdafiəsinin Avropa Şurası standartlarına uyğunlaşdırılmasıdır. Həbsxanalarda səmərəli həbsxana idarəçiliyini, cəzaçəkmə müəssisələrində səhiyyə xidmətinin təşkili və məhbusların reinterqrasiyasına yönəldilən layihə Penitensiar Xidmət və Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsi ilə sıx əməkdaşlıq şəraitində həyata keçiriləcək. Qeyd olunub ki, layihənin 1-ci mərhələsi uğurla icra olunub və yeni layihə 2 il ərzində gerçəkləşdiriləcək. Ümumi dəyəri 774 min avro olan layihənin maliyyələşdirilməsində Avropa İttifaqı və Avropa Şurası birgə iştirak edəcək. bu məbləğlərin onlara köçürülməsi təmin ediləcəkdir.


Create Account



Log In Your Account