Jul 03 2019 18:43
Views: 178

Qax-İlisu marşrutu üzrə 35.5 km uzunluğunda olan avtomobil yolu 1973-1975-ci illərdə inşa olunub. III texniki dərəcəli avtomobil yolunun Qorağan-Qax şəhəri hissəsinin torpaq yatağı yol kənarı ərazilərdən istifadə etməklə yığılmış qrunt hesabına qurulub. Uzun illər istismar olunduğundan, yol örtüyündə aşınmalar, tor şəkilli çatlar, qabarmalar və çökmələr əmələ gəlib. Problemlərin aradan qaldırılması üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi III və IV texniki dərəcəyə uyğun təmir-tikinti işləri aparır.

Layihəyə uyğun olaraq Yeni yol yatağı inşa edilib və asfalt-beton örtüyü döşənir. Piyada səkiləri və yolayrıcı bərpa olunur, yol kənarlarına yeni səki daşları düzülür. Ağçay üzərində 60 metr və Kürmük çayı üzərində 114 metr uzunluğa malik körpülərdə əsaslı təmir-bərpa işləri aparılır. Tikinti layihəsinin sonuncu mərhələsində 10 avtobus dayanacağı inşa ediləcək, yol boyu siqnal dirəyi, yol nişanı və məlumatverici lövhə göstəricisi quraşdırılacaq, üfiqi nişanlanma xətləri çəkiləcək.


Create Account



Log In Your Account