Jun 08 2019 20:53
Views: 246

Azərbaycan və Rusiya arasında gömrük keçid məntəqələrindən keçid daha sürətli olacaq. Bu barədə Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev məlumat verib. Bildirib ki, bu informasiya texnologiyalarının tətbiqi, eləcə də Rusiya ilə dövlət sərhədində Samur çayı üzərində yeni inşa edilən körpünün istifadəyə verilməsi ilə mümkün olacaq. Səfər Mehdiyev bildirib ki, ötən gün Dövlət Sərhəd Xidmətinin rəisi ilə birgə Rusiya ilə sərhəddə yerləşən buraxılış məntəqələrinə səfər zamanı bu məsələ diqqət mərkəzində olub.
Dövlət Gömrük Komitəsinin sədri "Könüllü gömrükçü" dəstəsinin üzvləri ilə də görüş keçirib. Səfər Mehdiyev bildirib ki, gömrük sistemində könüllülük hərəkatının yaradılması gənclərin potensialından daha da səmərəli istifadə etməyə, cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına, onlara peşə vərdişlərinin aşılanması və təcrübi biliklərinin artırılmasına, innovativ potensiallarının üzə çıxarılaraq dəstəklənməsinə şərait yaradacaq.
İlk "Könüllü gömrükçü" dəstəsinin 131 üzvü var. gənclər bu layihənin onlar üçün yaradılan önəmli fürsət olduğunu və göstərilən etimadı doğrultmaq istiqamətində çalışacaqlarını bildiriblər.


Create Account



Log In Your Account