Feb 19 2019 18:22
Views: 889

Bu gün Ay Yerə ən yaxın məsafədə olub və “Super ay” hadisəsi baş verib. Hadisə Bakı vaxtı ilə saat 13:07-də baş verib. Gündüz saatları olduğu üçün bu təbiət hadisəsini müşahidə etmək mümkün olmayıb. Lakin axşam saatlarında Azərbaycanda da bu təbiət hadisəsini izləmək mümkün olacaq.

Şamaxı Astrofizika Rəsədxanasının elmi işçisi Əminə Hümbətova CBC-yə müsahibəsində bildirib ki, “Super ay” hadisəsində Ay Yerə 356,761 min kilometr məsafəyə qədər yaxınlaşır. “Super Ay” o zaman müşahidə edilir ki, Ay Yerə ən yaxın nöqtədən keçən ərəfələrdə tamamlanmış, bədirlənmiş olsun. Yəni biz onu bütöv ay kimi görə bilirik.


Create Account



Log In Your Account