Oct 13 2018 18:51
Views: 467

Qrafik dizayner və illüstrator Rəsul Həsənov Azərbaycanın görkəmli şəxsiyyətlərinin portretlərindən silsilə əsərlər yaradıb. Gənc rəssam bu şəkillər üzərində işi 4 il əvvəl başlayıb. Obrazların əksəriyyəti arxiv şəkillər və köhnə fotolar əsasında yaradılıb. 
Müəllif  Hüseyn Cavid, Mikayıl Müşfiq, Fətəli Xan Xoyski, Vaqif Mustafazadə, Üzeyir Hacıbəyli, Abbasqulu Ağa Bakıxanov, Xurşudbanu Natavən və digərlərinin portretlərindən 30-dan çox yeni obraz yaradıb. Yeni əsərlər müasir fotoredaktorlardakı effktlərin köməyilə ortaya çıxıb. Bununla da Azərbaycanın taleyində ciddi rol oynayan insanların fotolarına yeni həyat verilib. 
Müəllif bildirir ki, sərgidəki ən yaxşı işləri Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş portretlərdir. Burada Fətəli Xan Xoyski, Əlimərdan bəy Topçubaşov, Məhəmməd Əmin Rəsulzadə və digərləri əks olunub. AXC qurucuları ilə yanaşı, müəllif Azərbaycan musiqisinin korifeylərini də unutmayıb. Üzeyir Hacıbəyli, Qara Qarayev və Fikrət Əmirovun şəkillərindən ibarət fotoillüstrasiya sərgi iştirakçılarının çox xoşuna gəlib. 
Dizayner Rəsul Həsənov bundan 3 il əvvəl də Azərbaycanın tanınmış şəxsiyyətlərinin yenilənmiş protretlərindən ibarət sərgi keçirib. Bu dəfəki DÜHA sərgisi fotoillüstrasiya janrındakı portretlər seriyasından ibarətdir. Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş sərgi bu gün də davam edəcək.


Create Account



Log In Your Account