Jan 21 2019 18:10
Views: 436

2019-cu ilin ilk Ay tutulması baş verib. Tam tutulmanın başlaması Bakı vaxtı ilə saat 07:34-ə təsadüf edib. Tutulma təxminən 9-da maksimuma çatıb və saat 11 radələrində başa çatıb. Tam tutulma prosesi ümumilikdə 1 saatdan çox davam edib. Təbiət hadisəsi Mərkəzi Sakit okean, Amerika, Afrika və Avropa ölkələrində daha aydın izlənib.

Prosesin Azərbaycanda da izlənməsi mümkün olub mu? Bu haqda studiyamızın qonağı Şamaxı Astrofizika Rəsədxanasının elmi işçisi Əminə Hümbətova ilə müzakirə aparmışıq. Əminə xanım bildirib ki, Azərbaycanda bu prosesi izləmək demək olar mümkün olmayıb. Yalnız ölkənin Qərbində hadisənini başlanğıcını 15-20 dəqiqə müddətində izləmək olub.


Create Account



Log In Your Account