Mar 17 2018 18:51
Views: 500

O, dili ilə deyə, əli ilə izah edə bilmədiyi daxili istedadını ayaq barmaqları ilə bəyaz vərəqlərə ötürür. Samirə Salmanovanın 37 yaşı var. Anadangəlmə “uşaq serebral iflic”indən əziyyət çəkir. Amma fiziki məhdudiyyəti onun özünəməxsus dünyası qarşısında acizdir.  
Atasının sözlərinə görə, Samirənin 100-ə yaxın əsəri var. Rəsmlərdən bir çoxu yerli və beynəlxalq sərgilərdə ona uğur qazandırıb. O, 1997-ci ildə ilk dəfə Əlillərin 3-cü ümumrespublika sərgisinə dəvət olunub. Bundan sonra Samirənin özünə inamı artıb.
Müsabiqə dünyanın 20 ölkəsindən 1620 fiziki məhdudiyyətli uşağı birləşdirib. Samirə Salmanova isə Azərbaycandan gedən 10 nəfərlik qrupun arasında seçilməyi bacarıb və müsabiqəni laureat kimi başa vurub. Samirə yaradıcılığına karandaşlarla başlasa da, bu gün öz dünyasını yağlı boyalarla ifadə edə bilir. Yaxşı eşitsə də, danışa bilmir. Əslində isə o, öz ürək sözünü bu şəkildə çatdırır. Ən sevdiyi rəsm bu tablodakı çiçəkdir. Anası Faiqə Salmanova deyir ki, Samirənin qayğısına qalmaq onun üçün əziyyət deyil. Əksinə, övladının böyük istedadı bir ana üçün qürur mənbəyidir.
Samirə Salmanovanın uğurlarından biri də Bakıda təşkil olunan bu sərgidir. Sərgidə təxminən 20 rəsm əsəri nümayiş olundu. Daha çox peyzaj janrını sevən rəssamın karandaşla canlandırdığı portretlərin sayı da az deyil. Samirənin çox sayda işi indiyədək keçirilmiş sərgilərdə satılsa da, indi evlərində 50-dən artıq əsər var.


Create Account



Log In Your Account