Oct 14 2019 18:59
Views: 287

14 yaşlı şahmatçı Aydın Süleymanlı adını dünya şahmat tarixinə yazdırmağı bacarb. İkiqat avropa və  Azərbaycan çempionu olan Aydın Hindistanda 14, 16, 18 yaşlı oğlanlar və qızlar arasında keçirilən dünya çempionatının sonuncu turunda Qazaxıstan təmsilçisini məğlub edərək çempion tituluna sahib olub. Gününün 6-7 saatını şahmata həsr edən Aydin üçün şahmat həyat tərzidir.
9-cu sinif şagirdi olan yeniyetmə çempion şahmatla 6 yaşından məşğuldur. Azərbaycanın peşəkar şahmatçılarını izləyən Aydın uğurunun arxasında müəllim əməyinin dayandığını deyir. Onu ən çox təsirləndirən isə  prezident İlham Əliyevin və birinci vitse-prezident Mehriban Əliyevanın təbriki olub. 
Dünya şahmat kubokunu qazanan Teymur Rəcəbovu özünə örnək götürən Aydın deyir ki, onun qələbəsindən ilhamlanıb. O, peşəkar şahmatda daha uğurlu olmaq iddiasındadır. Əsas hədəfi isə  qrasmeyster adını qazanaraq Azərbaycanın adını ən yüksək zirvələrə qaldırmaqdır.  
Şahmatın həyatında dərin izlər buraxdığını deyən Aydın gələcəyini şahmatsız təsəvvür belə etmir.


Create Account



Log In Your Account