Sep 05 2019 18:36
Views: 352

 Fermerlərə kredit verən banklar üçün yeni təhlil aləti - AzALES (Azərbaycan Kənd Təsərrüfatı Kreditlərinin Qiymətləndirilməsi Sistemi) adlı yeni alət yaradılıb. Bu alət aqrar sahədə risklərin daha yaxşı qiymətləndirilməsinə və kredit müraciətlərinə daha sürətlə baxılmasına imkan verəcək.  Bunu Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit İnkişaf Agentliyinin (AKİA) sədri Mirzə Əliyev sistemin təqdimat mərasimində bildirib. Onun sözlərinə görə, kredit təşkilatlarında, xüsusilə rayon filiallarında kreditlərin qiymətləndirilməsi üzrə kifayət qədər təcrübəli mütəxəssislərin olmaması səbəbindən bu qurumlar riski üzərinə götürmək istəmir.

Yeni alət imkan verir ki, banklar kənd təsərrüfatı üzrə mütəxəssis saxlamadan kredit üçün müraciətləri obyektiv qiymətləndirsinlər. AzALES banklara riskləri daha yaxşı qiymətləndirməyə və kredit müraciətlərinə sürətlə baxmağa imkan verəcək.

Mirzə Əliyev deyir ki, AzALES bankların fermerlerdən girov tələb etmə səviyyəsini 20-30% azaldacaq. Çünki sistem vasitəsilə fermerin ödəniş qabiliyyəti görünəcək və girova ehtiyac olmayacaq.Yeni alət banklara test rejimində təqdim edilib. Belə bir sistemin yaradılması təqribən 200 min dollara başa gəlir.


Create Account



Log In Your Account