Jul 13 2019 16:14
Views: 270

 “ATƏT Parlament Assambleyasının Lüksemburqda keçirilən 28-ci illik sessiyası Azərbaycan üçün uğurlu olub. Siyasi komitəsinin qətnamə layihəsində münaqişələrin həlli üçün yeni yanaşma öz əksini tapıb”.  Bunu CBC-yə açıqlamasında Azərbaycanın ATƏT Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü Azay Quliyev deyib. Bildirb ki, ənənəvi yanaşmAdan fərqli olaraq ilk dəfə Azərbaycan, Ukrayna, Gürcüstan və Moldova ərazisində olan münaqişələrə eyni yanaşmanın tətbiq olunmasının vacibliyi qeyd olunub.

Sənəddə danışıqlar formatının dəyişdirilməsinin yolverilməz olduğu da vurğulanıb. Azay Quliyev hesab edir ki, bu fakt Ermənistanın son bir ildə separatçı Dağlıq Qarabağ rejimini danışıqlar masasına gətirmək cəhdinin bir daha iflasa uğradığını göstərir. Ermənistan qətnamə layihəsindən Azərbaycanın adını çıxarmaq cəhdləri də uğursuz olub.

Sənəddə münaqişə ərazisi kimi yalnız Azərbaycanın göstərilməsi isə o deməkdir ki, Dağlıq Qarabağ və işğal olunmuş ətraf rayonların Azərbaycan ərazisi olduğunu  ATƏT Parlament Assambleyası da təsdiq edir. Qurum  məcburi köçkünlərin pozulmuş hüquqlarının bərpası məsəlsinə də öz mövqeyini açıq ifadə edib.

Azay Quliyev bildirib ki, BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi 4 qətnamədən sonra Bu sənəd Helsinki Yekun Aktının prinsiplərinə bir daha aydınlıq gətirib. Münaqişənin yalnız Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və beynəlxalq ictimaiyyət tərəfindən tanınmış sərhədlərin toxunulmazlığı prinsipi əsasında həllinə dəstəkləyir.  


Create Account



Log In Your Account