Aug 10 2019 20:04
Views: 447

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru olduğu “Azexport” portalı Dövlət Məşğulluq Xidməti ilə əməkdaşlığı genişləndirəcək. Artıq mərkəzin “Enterprise Azerbaijan” portalı ona daxil olan startap layihələrini Dövlət Məşğulluq Xidmətinə təqdim edərək layihələrə dəstək almaq üçün fəaliyyətə başlayıb. İlkin nəticələr qənaətbəxşdir. İndi isə “Azexport” portalının imkanlarından istifadə edilməsi nəzərdə tutulur. Əsas məqsəd kiçik bizneslərin böyüdülməsi və dayanıqlı olmasını təmin etməkdir.
Bu  əməkdaşlıq çərçivəsində sahibkarlıq klasterinin yaradılması və yaxud fərdi təşəbbüslə çıxış edən vətəndaşların aktivlərini azexport portalına yerləşdirməsi nəzərdə tutulur. portal isə ölkə daxilində və xaricində müştəri axtaracaq. Azecport  həmin vətəndaşların klasterinin yaradılması istiqamətində də layihə həyata keçirə bilər.
Qeyd edək ki, Azexport portalına fəaliyyət göstərdiyi  30 ay ərzində 1, 3 milyard dollar dəyərində qeyri-neft məhuslu üçün ixrac sifarişi daxil olub. yalnız bu ilin 6 ayı ərzində 303 milyon dollarlıq sifariş alınıb. İxrac sifarişlərinin coğrafiyası da genişlənir. artıq 134 ölkədən müştərilər portala müraciət edib. Özünüməşğulluq proqramının genişləndirilməsində əsas məqsəd vətəndaşların aktiv məşğulluğunu təmin etməkdir. Ailə bizneslərinin böyüməsi öz növbəsində sonradan yeni iş yerlərinin yaranması deməkdir. Özünüməşğulluq proqramına artıq beynəlxalq təşkilatlar da cəlb olunur. belə ki, yaxın vaxtlarda Dünya Bankı bununla bağlı layihəsini təqdim edəcək.


Create Account



Log In Your Account