Jan 03 2019 18:26
Views: 511

2018-ci ildə “Made in Azerbaijan” brendinin tanıdılması üçün xeyli işlər görülüb. Bu işdə “Azexport” portalının özünəməxsus rolu olub. Görülən işlər, əldə olunan uğurlar barədə portalın rəhbəri Zaur Qardaşov CBC-nin Xəbərlər buraxılışında məlumat verib. 
Qeyd edib ki, ötən il ərzində “Azexport” dayanıqlı inkişaf mərhələsinə keçib. Sahibkarlar portalın imkanlarından aktiv istifadə edir, həm də sifarişlər mövsümü olaraq stabil bir həcmə çatdırılıb. 
“Ötən ilin rəqəmlərinə diqqət yetirsək, “Bir pəncərə” mərkəzi ilə rəsmi qeydiyyatdan keçmiş ixrac olunmuş məhsulların ümumi həcmi təxminən 200 milyon ABŞ dollarına bərabərdir”. 

 


Create Account



Log In Your Account