May 18 2019 19:57
Views: 695

Türkiyənin Azərbaycandakı səfirliyində “Türk dünyası qardaşlığı nəsillərdən-nəsillərə” adlı sərgi keçirilib. “19 May Gənclik, idman və Atatürkü anma” gününə həsr olunan sərgidə Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral qeyd olunan günün mahiyyətindən danışıb. Bildirib ki, 19 may Mustafa Kamal Atatürkün milli mücadiləyə başladığı gündür. Səfir qeyd edib ki, bu mücadilə həm də xalqın əzmkarlığı ilə başlayıb və uğurla sona çatıb. Türkiyənin işğal olunma təhlükəsi ilə üzləşən torpaqları azad olunub. “Biz bu il həmin böyük tarixi hadisənin 100-cü ildönümünü qeyd edirik” - Erkan Özoral belə deyib. 
Sərgidə əsərləri nümayiş olunan azərbaycanlı rəssamlar Türkiyə səfirliyinə minnətdarlıqlarını bildiriblər. Sərgi iştrakçılarına Türkiyənin Azərbaycandakı səfirliyinin fəxri fərmanları təqdim olunub.


Create Account



Log In Your Account