Mar 09 2019 15:52
Views: 300

 

Almaniyada keçirilən “İTB Berlin” sərgisi çərçivəsində Azərbaycan Turizm Bürosu İpək Yolu ölkələri nazirlərinin 9-cu görüşündə “İpək Yolunun 7 gözəli” adlı yeni turizm məhsulu konsepsiyası ilə çıxış edib. Konsepsiyada qədim İpək Yolu marşrutu boyunca Azərbaycan ərazisində turistlərə bələdçilik edən 7 müxtəlif yoldan bəhs edilir. Həmçinin,  sərgi çərçivəsində İpək Yolu boyunca şərab marşrutu təqdim olunub.

Martın 10-dək davam edəcək tədbirdə Azərbaycan xalçaçılıq məmulatları, sənətkarlıq və şərabçılıq nümunələri, quru meyvələr və digər milli turizm məhsulları, həmçinin elektron məlumat lövhələrində nümayiş etdiriləcək. Bu barədə CBC-yə Azərbaycan Turizm Bürosunun Sənaye Assosiasiyaları üzrə meneceri Səkinə Əsgərova məlumat verib.

“Buraya Bakı – “Neft Yolu”, Şamaxı – “Poeziya Yolu”, Ağsu – “Nar Yolu”, İsmayıllı – “Sənətkarlıq Yolu”, Gəncə - “Bazar Yolu”, Naxçıvan – “Duz Yolu” daxildir. Təqdimatda 21-ci əsrin turistinin səyahət tələblərinə uyğun olaraq ənənəvi marşrutlara yeni baxışın tətbiq olunmasının zəruriliyi qeyd olunub.

Digər bir məhsul isə azerbaijanwine.az saytında Azərbaycanın şərabçılıq və üzümçülük ənənələrinin tarixi köklərindən bəhs edilib, marşrutu təşkil edən 6 əsas dayanacaq (Bakı, Novxanı, Şamaxı, İsmayıllı, Qəbələ, Göygöl) iştirakçıların nəzərinə çatdırılıb. Daha sonra qeyd olunan dayanacaqların Azərbaycan qastronomiya və etnoqrafiyası ilə birlikdə vəhdət təşkil etdiyi turizm səyahət paketləri təqdim olunub”.

 


Create Account



Log In Your Account