Sep 11 2019 20:16
Views: 228

Avropa Şurası ilə Azərbaycan arasında yüksək səviyyəli münasibətlər mövcuddur və bu əlaqələr inkişaf etməkdədir. Azərbaycan bu beynəlxalq platformadan ölkəmizlə bağlı həqiqətləri paylaşmaq, beynəlxalq miqyaslı problemlərin həllinə nail olmaq üçün istifadə edir. İndiyədək AŞPA tərəfindən Azərbaycanla bağlı bəzi obyektiv qətnamələr qəbul edilib. Bunlar arasında daha mühüm olanı Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı qətnamələrdir.
Millət vəkili, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Fazil Mustafa deyir ki, bu qurumla münasibətlərimiz ölkəmizin üzərinə götürdüyü öhdəliklər əsasında reallaşdırılır. Azərbaycan bu təşkilatın prinsiplərini dəstəkləyir və daha çox qorumağa çalışır.  Lakin qarşılıqlı münasibətlərdə ziddiyyətli məqamlar da mövcuddur. 
Ekspertlər hesab edir ki, AŞPA prezidenti Lilian Mauri Paskienin   Azərbaycana səfəri məhz bu məqamların yenidən müzakirəsi baxımından önəmlidir. Səfər zamanı keçirilən rəsmi görüşlərdə Azərbaycanla bağlı gerçəkliklə bir daha AŞPA prezidentinin diqqətinə bçatdırılacaq. Digər tərəfdən, AŞPA rəsmisi mövcud durumu özü görəcək və bu, onda obyektiv təəssürat yaranmasına kömək edəcək.


Create Account



Log In Your Account