Jul 25 2019 18:32
Views: 368

Balaxanı Sənaye Parkının rezidenti Amerika Birləşmiş Ştatlarına məhsul ixracına başlayıb və ilkin olaraq bu ölkəyə ildə 3 min mebel dəsti göndəriləcək.  İlkin olaraq ABŞ-ın “Betax” şirkəti ilə əməkdaşlığa başlanıb.  İlk partiya bir konteyner yükləmə həyata keçirilir. Azərbaycandan ABŞa  əsasən yataq mebelləri göndəriləcək. Betax”la illik dövriyyə miqdarı minimum 500 min ABŞ dolları civarındadır. İkinci şirkətlə də bu rəqəm eyni həcmdə olacaq. Yüklər Bakıdan Poti limanına oradan isə konteynerlər vasitəsi ilə Filadelfiya və Nyu-Yorka limanlarına göndəriləcək. Mebellər əsasən Nyu-Cersi və Nyu-York şəhərlərinə gedəcək. Yataq, qonaq mebellərindən və stol-stuldan ibarət olan yüklərin çatdırılması 30-45 gün çəkəcək.


Create Account



Log In Your Account