Sep 05 2018 18:43
Views: 626

Amerika Birləşmiş Ştatlarının Dan Bilzeryan adlı vətəndaşının Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfəri, bu səfər əsnasında odlu silahlardan istifadə etməsi və digər qanunazidd əməlləri ilə əlaqədar ABŞ Səfirliyinin müvəqqəti işlər vəkili Xarici İşlər Nazirliyinə çağırılıb. Xarici İşlər Nazirliyinin BŞ Dövlət Departamentinə ünvanlanan notası təqdim olunub. Bu barədə CBC-yə XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev məlumat verib. Bildirib ki, görüş əsnasında Dan Bilzeryan adlı birisinin Azərbaycanın Dövlət Sərhədi haqqında Qanunu və Miqrasiya məcəlləsini pozaraq, müvafiq sənədlər təqdim etmədən və ölkəmizin müvafiq qurumları tərəfindən müəyyən edilməyən sərhəd keçid məntəqələrindən kənar Ermənistan ərazisindən Azərbaycanın işğal olunmuş ərazilərinə səfər etdiyi, Xankəndi şəhəri və işğal olunmuş digər ərazilərdə olarkən qondarma rejimi təşviq etdiyi, qanunsuz yolla odlu silahlar əldə etdiyi, nümayişkarcasına və təxribatçı məqsədlərlə bu silahlardan Azərbaycan silahlı qüvvələrinin mövqeyinə atəş açdığı diqqətə çatdırılıb.


Create Account



Log In Your Account