Feb 11 2019 14:15
Views: 276

ABŞ-ın Azərbaycana yeni təyin olunmuş səfiri Erl Litzenberqer Vaşinqtonda ABŞ-Azərbaycan Ticarət Palatasının qonağı olub. Tədbirdə Ticarət Palatasının üzv və tərəfdaş şirkətləri, ABŞ Administrasiyası, Dövlət Departamenti və digər dövlət qurumlarının rəsmiləri, diplomatik nümayəndəliklərin, biznes və analitik dairələrin nümayəndələri iştirak ediblər.

ABŞ-Azərbaycan Ticarət Palatasında keçrilən tədbirdə Palatanın Direktorlar Şurasının üzvü, “BP Amerika” şirkətinin beynəlxalq əlaqələr departamentinin rəhbəri Robert Şer BP-nin Azərbaycanla uzunmüddətli tərəfdaş olduğunu, ölkə rəhbərliyinin siyasəti nəticəsində Azərbaycanın uğurla inkişaf etdiyini deyib.

ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Robert Sekuta ölkəmizin ABŞ üçün regionda əsas strateji tərəfdaş olduğunu bildirib. Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov Litzenberqerin fəaliyyətinin iki ölkənin dostluq münasibətlərinin inkişafına töhfə verəcəyinə, ikitərəfli münasibətlərdə mövcud pozitiv dinamikanın daha da inkişaf etdiriləcəyinə ümidvar olduğunu deyib.

Səfir Erl Litzenberqer Azərbaycanın ABŞ üçün etibarlı tərəfdaş olduğunu bildirərək, bundan sonrakı fəaliyyətində də iki ölkənin dostluq münasibətlərinin inkişafına töhfə verməyə çalışacağını deyib. ABŞ-Azərbaycan Ticarət Palatasının iki ölkə arasında tərəfdaşlığa böyük töhfə verdiyini  bildirən Litzenberqer palataya üzv olan şirkətlərlə əməkdaşlıq edəcəyini deyib. O, bir səfir kimi məhz iqtisadi və biznes əlaqələrinin gücləndirilməsinin özü üçün əsas prioritetlərdən biri olduğunu vurğulayıb.


Create Account



Log In Your Account