Oct 30 2019 19:43
Views: 221

Türkiyə prezidenti Rəcəb Tayyib ərdoğan ABŞ nümayəndələr palatasının qondarma erməni soyqırımı ilə bağlı qəbul etdiyi qətnaməni belə qiymətləndirib. Bildirib ki, tarixi siyasi məqsədlə istifadə edənlər yalnız özləri üçün qərarlar qəbul edir. Bununla yanaşı Ərdoğan Türkiyəyə iftira atmağın  yolverilməz olduğunu bəyan edib. O, erməniləri arxivlərini açmağa çağırıb.
Ərdoğan bəzi beynəlxalq güclərin bu məsələdən Türkiyəyə qarşı istifadə etdiyini bildirib. Bunun heç bir nəticəsi olmadığını qeyd edib. Erməni terror təşkilatlarının Türkiyəyə qarşı həyata keçirdiyi qanlı cinayətləri xatırladan Türkiyə prezidenti ABŞ-a çağırış edib.
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin  sədri Fərid Şəfiyev bildirib ki, qeyri-tarixçilər 1915-ci ildə baş vemiş hadisələrlə bağlı hər-hansı qərar qəbul etməməlidirlər. Bu məsələ parlamentin deyil, tarixçi alimlərin işidir. O eyni zamanda vurğulayıb ki, qəbul olunmuş qətnamə iki ölkə arasında onsuzda gərgin olan vəziyəti daha da gərginləşdirəcək.
Fərid Şəfiyev bildirib ki, bu sənədin qəbul edilməsi əslində onu göstərir ki, 1915-ci ildə olduğu kimi erməni məsələsi bu gün də dünya gücləri tərəfindən xarici siyasətdə alət kimi istifadə edilir.
Azərbaycan da ABŞ Nümayəndələr palatasının qondarma erməni soyqırımı haqqında qəbul etdiyi 296 saylı qətnaməni pisləyib. Prezident administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev sənədi qərəzli və ədalətsiz adlandırıb.
Xatırladaq ki, ABŞ Nümayəndələr Palatası qondarma “erməni soyqırımı”nın tanınması barədə qətnamə qəbul edib. Məsələ ilə əlaqədar ABŞ-ın Ankaradakı səfiri Türkiyə xarici işlər nazirliyinə çağrılaraq ona etiraz notası təqdim edilib. Sənədin Senatda da müzakirə olunacağı gözlənilir.

 


Create Account



Log In Your Account