Feb 21 2019 18:23
Views: 426

Alman xalqının yaradıcılığı Azərbaycan arxitektuarsında da parlaq iz qoyub. Alman icmasının nümayəndələri müasir Azərbaycanın tarixinə verdiyi töhfələr Bakıda keçirilən "Germanaijan" sərgisində nümayiş olunub. Sərgi Cənubi Qafqazda alman yaşayış məntəqələrinin salınmasının 200 illiyi çərçivəsində təşkil olunub. Sərgi Qafqaza köçən almanların əzmkarlığı, dözümlülüyü və yaradıcılığı haqqında zəngin təsəvvür yaradır. Almanlar Qafqaza necə gəlib və Azərbaycana nəyi miras qoyublar? Sərgi bu suallara cavab axtarır. “Germanaijan” iki ölkənin adını - Almaniya və Azərbaycanı birləşdirir.

Sərgidə Bakıda və Azərbaycanın regionlarında almanların inşa etdiyi yüzlərlə binanın kağız maketləri də nümayiş etdirilir. Sərginin mərkəzi əsəri Bakının siluetində alman izlərinin əks etdirən qrafik xəritədir. Bundan başqa Bakının 1910-cu ilə aid məhz almanlar tərəfindən hazırlanmış Baş planı da nümayiş etdirilir.

Sərgini Almaniyanın ölkəmizdəki səfirliyi, bu ölkənin Xarici İşlər Nazirliyi, Azərbaycan Mədəniyyət Nazirliyi təşkil edib. Sərginin keçirilməsinə Azərbaycan Milli Arxivi və Berlindəki Simens Tarix İnstitutu da yaxından dəstək verib. Fotomateriallar və arxiv sənədlərinin bəzilərini isə ayrı-ayrı şəxslər təqdim edib.

Sərgidə Samir Salahovun Hummel ailəsi haqqında parlaq illüstrasiyası da təqdim olunur. İllustrasiyada bir alman ailəsinin Azərbaycanda şərabçılığın, arxeologiyanın və muzeyşünaslığın inkişafına verdiyi töhfələrdən danışılır.

 


Create Account



Log In Your Account