Jul 09 2019 17:47
Views: 475

Azərbaycan və Avropa İttifaqı münasibətləri dinamik inkişaf tempinə malikdir. Bu münasibətlərin əsası 1996-cı ildə qəbul edilən əməkdaşlıq və tərəfdaşlıq haqqında sazişlə qoyulub və 1999-cu ildən qüvvəyə minən bu sənəd çərçivəsində inkişaf edib. 2004-cü ildən Avropa qonşuluq siyasəti çərçivəsində Azərbaycan Avropa İttifaqından iqtisadi dəstək almağa başlayıb. Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən Cənub Qaz Dəhlizi layihəsi Azərbaycanla Avropa İttifaqı  arasında ikitərəfli münasibətlərin inkişafı üçün yeni pəncərə açıb. Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskun Azərbaycana səfir bir daha sübut edir ki, iki ölkə arasında əlaqələr bütün istiqamətlər üzrə inkişaf mərhələsindədir.Tərəflər arasında münasibətlərin inkişafı prezident İlham Əliyevn bu ilin may ayında Brüsselə səfəri zamanı yüksək qiymətləndirilib. Yeni əməkdaşlıq sazişinin hazırlanması üzərində iş davam etdirilir.


Create Account



Log In Your Account