Dec 28 2018 16:34
Views: 418

2018-ci ildə hökumətlərarası iqtisadi komissiyanın uğurlu fəaliyyəti nəticəsində Azərbaycanla Belarus arasında ticari-iqtisadi sahədə mühüm irəliləyiş baş verib. Bunu Belarusun Azərbaycandakı səfiri Gennadi Axramoviç ilin yekunlıarına həsr olunmuş mətbuat konfransında deyib. Səfir əməkdaşığın gələcək istiqamətləri barədə də məlumat verib.

"Birgə səylər nəticəsində biz 2018-ci ildə demək olar, Belarus və Azərbaycan arasında bütün sahələr üzrə əməkdaşlığın inkişafına nail olmuşuq. 2018-ci ilin ilk 10 ayı ərzində iki ölkə arasında ticarət dövriyyəsi 400 milyon dolları keçib”.
Səfirin sözlərinə görə, Belarus və Azərbaycan iqtisadiyyatları rəqib deyil, bir-birlərini tamamlayır.

“Belarusdan Azərbaycana ixrac olunan əsas məhsullar maşınqayırma sənayesi, neft-kimya, ağac emalı, əczaçılıq, hərbi-texniki əməkdaşlıq məhsulları olub. Öz növbəsində Azərbaycan Belarusa neft-kimya məhsulları, meyvə-tərəvəz və qeyri-neft sektoruna aid olmayan bir çox digər məhsullar ixrac edib”.

Səfir bildirib ki, bu il Azərbaycan Prezidentinin Belarusa səfəri zamanı  10-a yaxın sənəd imzalanıb. Bu da ölkələr arasında əlaqələrin əsas istiqamətlərini müəyyənləşdirir. Səfir iki ölkənin beynəlxlalq platformalarda da bir-birinə dəstək verdiyini deyib.

Səfir mətbuat konfransında gələcək planlar haqqında da danışıb. Qeyd edib ki, Belarus Minsk-Bakı dəmir yolu marşrutunun yaradılmasında maraqlıdır. Azərbaycan "Şimal-Cənub", "Böyük İpək Yolu" kimi infrastruktur layihələrdə iştirakına görə Belarusu cəlb edir. Onun sözlərinə görə, bu il Azərbaycan və Belarus arasında yük daşımaları 400 min ton təşkil edəcək. Belarusun investisiyaları hesabına Azərbaycanda farmokologiya məhsulları istehsal edən müəssisə açılması da planlaşdırılır. Burada ən son texnologiya və standartlara uyğun dərman preparatları istehsal olunacaq.

 


Create Account



Log In Your Account