Jun 26 2019 18:55
Views: 609

Moskvadakı “Patriot-Ekspo” Konqres-Sərgi Mərkəzində təşkil olunan “ARMY-2019“ V Beynəlxalq Hərbi-Texniki Forumu davam edir. Azərbaycanın ilk dəfə qatıldığı forumda yerli istehsal olan snayper tüfəngləri, döyüş sursatları, idarə olunan aviasiya bombası, avtomatik top, müxtəlif çaplı mərmilər, minaatanlar nümayiş etdirilir. Azərbaycan stendində sərgilənən 30 millimetrlik 2A42 topu və 7,62 millimetrlik “Yırtıcı” yarımavtomat snayper tüfəngi xaricdə keçirilən beynəlxalq sərgidə ilk dəfə təqdim olunur. Sərgidə iştirak edən hərbi ekspert Rəşad Süleymanov CBC-yə açıqlamasında bildirib ki, Azərbayan stendi böyük maraqla qarşılanıb.


Create Account



Log In Your Account